пятница, 13 января 2012 г.
TÜRK DÜNYASININ Böyük Şəxsiyyətlərindən KKTC'nin prezidenti olan RAUF DENKTAŞ vəfat edib. ALLAH RƏHMƏT ELƏSİN ..
Şimali Kipr Türk Cümhuriyyətinin ilk prezidenti yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün xəstəxanaya aparılmışdı. Şimali Kipr Türkiyə Respublikasının (KKTC) qurucusu, ilk və sabiq prezidenti Rauf Denktaş vəfat edib. Yanvarın 8-də vəziyyəti ağırlaşdığı üçün
“Yakındoğu” universitetinin xəstəxanasına çatdırılan Denktaş ötən gün səhər süni tənəffüs aparatına, axşama yaxın isə dializ cihazına qoşulmuşdu.
Xatırladaq ki, keçən il may ayının 24-də vəziyyəti pisləşərək xəstəxanaya aparılan Rauf Denktaşın beyninə qan sızmış və onun sol tərəfi iflic olmuşdu. Oktyabrın 29-da xəstəxanadan evə buraxılan Denktaş ilk dəfə dekabrın 15-də bayıra çıxmış və “Mənim barəmdə `ölür` deyirdilər, bayıra çıxdım” – demişdi.
Bir neçə gündən sonra Rauf Denktaşın 88 yaşı tamam olmalıydı.
Подписаться на:
Комментарии к сообщению (Atom)

Комментариев нет:
Отправить комментарий