Tehranın Hörmüz boğazını neft daşımalarına bağlayacağını bəyan edəndən sonra ilk dəfə olaraq bu məkanda İran və ABŞ-ın hərbi-dəniz qüvvələri arasında insident baş verib."Əl Cəzirə" bildirir ki, İran HDQ-nin sürətli katerləri ABŞ-ın Hörmüz boğazından keçərək Fars Körfəzinə yönələn "New Orleans" amfibiya-nəqliyyat gəmisinin ətrafında təhlükəli manevrlər ediblər.
Böyük sürətlə hərəkət edən İran katerləri amerikalıların gəmisinə 450 metrə qədər yaxınlaşıblar və "New Orleans"ın xəbərdarlıqlarına məhəl qoymayıblar.
Daha sonra isə Küveyt sahillərində İranın hərbi katerləri ABŞ sahil mühafizəsinin gəmisinə yaxınlaşıblar.
AFP bildirir ki, baş verənlərlə bağlı olaraq ABŞ İrana rəsmi müraciət edib.
Eyni zamanda, amerikalıların Hind Okeanındakı "Car Vinson" atom aviadaşıyıcı gəmisi Ərəb dənizinə yollanaraq burada ötən ilin dekabrından bəri üzən "John C. Stennis" aviadaşıyıcı gəmisinə qoşulub.
Комментариев нет:
Отправить комментарий