понедельник, 16 января 2012 г.

Ban Ki Mun Suriya prezidentinə səsləndi

BMT-nin baş katibi Livanda ərəb baharına həsr olunmuş konfransın açılışında Bəşər Əsədə "zorakılığı durdur" deyə çağırış edib. Ban Ki Mun Suriya prezidentinə səsləndi BMT-nin baş katibi Livanda ərəb baharına həsr olunmuş konfransın açılışında Bəşər Əsədə "zorakılığı durdur" deyə çağırış edib Livanın paytaxtı Beyrutda ərəb ölkələrində
demokratiyaya həsr edilmiş konfransın açılışını edən BMT-nin baş katibi Ban Ki Mun, növbəti dəfə Suriya prezidenti Bəşər Əsədə müraciət edib. BMT baş katibi onu ölkədə zorakılığa son qoymağa çağırıb. "Ötən il Tunisdən Misirədək inqilablar başlayandan bəri, mən liderləri öz xalqlarının səsinə, onların əsl istəklərinə, ehtiyaclarının nə olduğuna qulaq asmağa çağırmışam. Bəziləri bu çağırışa əməl etdilər və xeyrini gördülər. Bəziləri əməl etmədi və bu gün onlar burulğanın bəhrəsini görürlər. Bu gün bir daha Suriya prezidenti Bəşər Əsədə səslənirəm - zorakılığı durdur. Öz xalqını öldürməyi dayandır. Repressiya yolunun sonu yoxdur. Ötən ilin dərsləri açıq-aşkardır. Dəyişiklik küləkləri əsməyə davam edəcək. Tunisdə alovlanan atəş sönməyəcək", deyə BMT-nin baş katibi bildirib. Ban Ki Mun bildirib ki, ərəb baharı inqilabları insanların daha tiranlığı qəbul etmədiklərini göstərib. Onun sözlərinə görə, Yaxın Şərqdə bir nəfərlik idarəetmə və sülalə idarəetməsi dövrü artıq başa çatıb.

Комментариев нет: