среда, 11 января 2012 г.

İran nüvə aliminə qarşı həyata keçirilmiş terror aktına görə ABŞ və İsraili günahlandırıb

Bakı. Könül Cəfərli – APA. İran paytaxt Tehran şəhərində nüvə fizikinə qarşı həyata keçirilmiş terror aktına görə Qərbi günahlandırıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə
, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının mətbuat katibi Kazım Cəlali deyib ki, doktor Mustafa Əhmədi Rövşən ABŞ və İsrailin kəşfiyyat orqanları tərəfindən qətlə yetirilib. O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv ölkələr İrana düşmən münasibət göstərirlər: “Bu düşmənçilik isə sanksiyalardan sonra terror aktları həyata keçirməklə davam etdirilir. Ancaq bütün bunlar əlacsızlıqdan həyata keçirilir”. Komissiyanın üzvü Cavad Cahangirzadə isə hadisənin İsrailin “Mossad” kəşfiyyat orqanının terror aktları ilə bənzərlik təşkil etdiyini söyləyib: “Düşmənlərimiz bizim dinc məqsədlərə xidmət edən nüvə texnologiyasına sahib olmağımızı istəmir. Ona görə də ABŞ və müttəfiq dövlətlər İrana qarşı sanksiyaları sərtləşdirmələrinə baxmayaraq, hədəflərinə çatmadığından ölkəmizin inkişafının qarşısını almaq üçün hər cür addımlara əl atırlar”.

Комментариев нет: