пятница, 13 января 2012 г.

ABŞ iranlı nüvə aliminin ölümünə görə ittihamları rədd edir

Hillari Klinton: "Əhmədi Roşan İranda terrorçuların qurbanı olan yeganə insan deyil".ABŞ hökuməti iranlı nüvə alimi Mustafa Əhmədi Rovşanın ölümünə görə ittihamları qəti
şəkildə rədd edir. Bu barədə mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton açıqlama verib. Onun sözlərinə görə, Əhmədi Roşan İranda terrorçuların qurbanı olan yeganə insan deyil. Bu kimi hadisələr İranda tez-tez baş verir. İranın təxribatı ABŞ və onun müttəfiqlərini narahat edir. Qeyd edək ki, İran alimin ölümünə görə ABŞ və İsrail təşkilatlarını ittiham edirdi. Klinton eyni zamanda İranın Hörmüz boğazını bağlayacağı ilə bağlı sözlərinə də münasibət bildirib. Dövlət katibi qeyd edib ki, keçən həftə İranın təxribat sayağı açıqlamaları ABŞ və onun müttəfiqlərini narahat edir. Onun sözlərinə görə, neft və qaz ixracında dünyanın əsas arteriyalarından sayılan Hörmüz boğazının açıq qalması üçün ABŞ və digər ölkələr öz qəti mövqelərini ortaya qoyublar: "Biz hesab edirik, İran, onun qonşuları və dünya ictimaiyyəti arasında qarşılıqlı anlaşma olmalıdır. İran təxribatdan əl çəkməli və nüvə silahı fəaliyyətlərini dayandırmalıdır. Beləliklə, İran yenidən dünya ictimaiyyəti sıralarına qoşula bilər".

Комментариев нет: