пятница, 13 января 2012 г.

İsrail Almaniyadan sualtı nüvə gəmiləri alıb

Yaxın Şərqdə gərginliyin artması səbəbindən donanmasını gücləndirməyə qərar verən İsrail Almaniyadan 2 sualtı nüvə gəmisi alıb. Bu barədə Türkiyə mətbuatı məlumat verir. İranın bölgədəki
fəaliyyətini özü üçün böyük təhlükə hesab edən İsrailin aldığı "Dolphin" tipli sualtı gəmilər 1500 kilometr mənzilli 4 ədəd nüvə başlıqlı raketi daşımaq özəlliyinə sahibdir. 700 milyon dollar dəyərində olan sualtı gəmilər İranın İsrailə hücum edəcəyi təqdirdə istifadə ediləcək. İsrail 1988-ci ildən etibarən istifadə etdiyi 3 sualtı nüvə gəmisini də Almaniyadan almışdı. Nüvə silahları ilə təchiz edilmiş sualtı gəmilərdən biri həmişə hazır vəziyyətdə olaraq, Qırmızı, Aralıq dənizlərində və Bəsrə körfəzi sularında üzür.

Комментариев нет: