четверг, 12 января 2012 г.

"İran atom bombası hazırlamağa çalışmır"

Əhmədinejad:"İran öz pulunu səfər edib və sonra da həmin nüvə silahından istifadə edə bilməyəcək qədər ehtiyatsız deyil".Latın Amerikasına səfəri çərçivəsində sonuncu ölkə Ekvadorda olan
İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə silahı əldə etməyə çalışdığı ilə bağlı ittihamları bir daha təkzib edib. Mahmud Əhmədinejad bildirib ki, ABŞ və onun müttəfiqləri İranın nüvə proqramı ilə bağlı ittihamlardan siyasi bəhanə kimi istifadə edir. "Onlar hamısı bilir ki, İran atom bombası hazırlamağa çalışmır. İran öz pulunu səfər edib və sonra da həmin nüvə silahından istifadə edə bilməyəcək qədər ehtiyatsız deyil" - Mahmud Əhmədinejad belə deyib. Öz növbəsində Ekvador prezidenti Rafael Korrea bildirib ki, onun ölkəsinin əsas prioriteti bütün ölkələrin Nüvə Silahının Yayılmamasına dair Razılaşmanı imzalamasına nail olmaqdır, İran isə buna imza atıb. Rafael Korreanın sözlərinə görə, nüvə silahına malik olan digər ölkələr var ki, onlar bu razılaşmanı hələ imzalamayıblar. Qeyd edək ki, İranın nüvə proqramı ətrafında yaranmış gərginlik Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə səfərində əsas müzakirə mövzusu olub. Bu səfər isə Vaşinqtonun Tehrana qarşı daha sərt sanksiyalar tətbiq eməsindən sonra başlayıb.

Комментариев нет: