пятница, 13 января 2012 г.
İran adlanan yerin Norveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək
“Norveçdə yaşayan azərbaycanlılar Urmiya gölünə dəstək məqsədi ilə İran adlanan yerin Oslodakı səfirliyinin qarşısında etiraz aksiyası keçirəcəklər”. www.D-A-K.org –un APA-ya istinadən yaydığı məlumata görə, bu barədə
Norveçdə yaşayan soydaşımız, Osloda fəaliyyət göstərən “Xəzər Yanar” Dərnəyinin üzvü Şərvin Nəcəfpur məlumat verib. O bildirib ki, tədbir Urmiya gölünün süni səbəblərlə qurudulmasına və dünyanın üçüncü böyük duzlu gölünə İran adlanan yerdəki mövcud hökumətin laqeyd münasibətinə etiraz məqsədilə keçiriləcək: “2012-ci il yanvarın 14-də yerli vaxtla saat 15:00-da keçiriləcək etiraz aksiyası “Xəzər Yanar” Dərnəyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutacaq. Bizim əvvəllər də Urmiya gölünə dəstək məqsədilə tədbirlərimiz olub. Budəfəki etiraz aksiyasına da Norveçdə yaşayan azərbaycanlılar qatılacaq. Əvvəl Norveç parlamentinin qarşısından başlayaraq İran adlanan yerin Oslodakı səfirliyinin binasının qarşısına qədər yürüşümüz olacaq. Piket səfirliyin binası qarşısında davam edəcək”. Şərvin Nəcəfpur əlavə edib ki, tədbirdə Urmiya gölünün rəsmləri və piketin məqsədini ifadə edən şüarlar yazılan plakatlar da nümayiş olunacaq: “İran adlanan yerdəki mövcud hökumətin Urmiya gölünə göstərdiyi laqeyd münasibətə son qoymağını tələb edən şüarlar da səsləndirəcəyik. Aksiyanın sonunda bəyanat oxunulacaq və İran adlanan yerin səfirliyinə məktub təqdim ediləcək”.
Подписаться на:
Комментарии к сообщению (Atom)

Комментариев нет:
Отправить комментарий